Bakıda “Xaricdə təhsil” sərgisi açılıb (FOTOLENT)

Bakı, 10 mart, SalamNews, Ş.Nəzərli. Bu gün Bakıda “Xaricdə təhsil” sərgisi açılıb.
SalamNews xəbər verir ki, genişmiqyaslı sərginin təşkilatçısı Türkiyənin “Akare” Xaricdə Təhsil Sərgiləri qurumudur. Tədbirdə dünyanın 72 təhsil ocağının təmsilçiləri əyani vasitələrlə gələcək azərbaycanlı abituriyentləri təhsil şəraiti və şərtlərilə tanış ediblər. Bunların sırasında Australian Government (Avstralia), Qafqaz Universiteti (Azərbaycan), University of Guelph (Kanada), Cyprus İternational University (Kipr), Turiba University (Latviya),Europen University (İspaniya) və s. var.
Bu gün həm də “Xaricdə təhsil” sərgisini müşayiət edən seminarlar işə başlayıb. İlk seminar “Şimali Kiprdə təhsil”, “ABŞ-da təhsil”, “Türkiyədə təhsil və dəyişən qaydalar” və “Böyük Britaniya təhsil sistemi və İELTS imtahanı” mövzusunda keçirilib.
Sərgi və seminarlar iki gün davam edəcək.
http://www.salamnews.net/az/news/read/119444/bakida-ldquoxaricde-tehsilrdquo-sergisi-accedililib-fotolent/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır