Ağdaş məktəbliləri Tbilisidən 2 medalla qayıdıblar


Gürcüstanın paytaxtı Tbilisi şəhərində 6-ci IYIPO (International Young İnventors Project Olympiad) Gənc Kəşfçilər Layihə Olimpiadası başa çatıb. 31 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən bu bilik yarışında kompyuter, fizika, riyaziyyat, biologiya, ekologiya ilə bağlı 140-dan çox layihə nümayiş olunub.
 Bu yarışda Ağdaş Özəl Türk Liseyinin şagirdlərinin kompyuter fənni üzrə təqdim etdikləri  “ATM-də plastik kartların xaker hücumlarından mühafizəsi” layihəsi də diqqət mərkəzində olub. Münsiflər heyətinin qərarına əsasən, bu layihə olimpiadanın iki bürünc medalına layiq görülüb. Liseyin müəllimi Cevdət Öztürkün sözlərinə görə, bununla da Ağdaş Özəl Türk Liseyi IYIPO (International Young İnventors Project Olympiad) Gənc Kəşfçilər Layihə Olimpiadasında qazandıqları medalların sayını 5-ə çatdırıb. Qeyd edək ki, həmin yarışda Cevdət Öztürkün rəhbərliyi ilə 10-cu sinif şagirdi Firudin Davudzadə və 9-cu sinif şagirdi Veysəl Məmmədli təmsil olunublar.
Layihənin qalibləri bu ilin iyun ayının 7-9-da Keniyada keçiriləcək layihə yarışında iştirak edəcəklər.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43398

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF