Azərbaycanda informatika üzrə keçirilən Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası»nın final mərhələsi keçirilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib. Nəticələrə görə, finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.

İTİ-də təşkil olunmuş final mərhələsində Qafqaz Universitetinin «Qafqaz Programmers» komandası 1-ci yerə, Bakı Dövlət Universitetinin «Norbert» komandası 2-ci yerə, Qafqaz Universitetinin «Baku Qafqaz U4» və «Baku Qafqaz U7» komandaları isə müvafiq olaraq 3-cü və 4-cü yerə layiq görülüb.

Qaliblər 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Olimpiadanın sponsorlarının təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

http://az.apa.az/news.php?id=258841 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır