“The Business Year” Jurnalı Qafqaz universitetindən yazdı.

“The Business Year”da “Qafqaz” haqqında yazı dərc edib.
Ötən günlərdə Bakıda dünyanın aparıcı nəşrlərindən olan “The Business Year” jurnalının ölkəmizə həsr olunan növbəti xüsusi buraxılışının təqdimatı keçirilib.
Xüsusi buraxılış barədə məlumat verən jurnalın meneceri Betul Çakaloğlu “Avroviziya 2012” mahnı müsabiqəsinə həsr olunan buraxılışda 160-dək hökumət və iş adamının, o cümlədən  Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevin müsahibələrinin yer aldığını bildirilib. 
 Jurnalın redaktoru Ceyson Nesh son illər Azərbaycanın dünyada artan nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən danışıb. 
C. Nesh bütün bunları nəzərə alaraq, jurnalın daha bir buraxılışının Azərbaycana həsr olunduğunu deyib. 
O, xüsusi buraxılışda Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, siyasi-sosial həyatı barədə maraqlı məqalə və müsahibələrin dərc olunduğunu bildirib.
Qeyd edək ki, jurnalda Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçin müsahibəsi də dərc olunub.
Qafqaz Universiteti Mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF