“Çağ”ın rəhbərliyi Mingəçevirin icra başçısı ilə görüşüb


“Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Enver Özeren Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə “Çağ”ın İdarə Heyətinin sədri Enver Özeren rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə icra başçısına məlumat verib. 
 Bildirib ki, artıq 20 ildir ki, etimada sədaqətlə xidmət edən “Çağ” Azərbaycanda bir sıra özəllikləri, bir sıra ilkləri ilə tanınır. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış bu təhsil ocaqları artıq neçə ildir ki, beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir: “Çağ” bununla kifayətlənmir, həmçinin Azərbaycanda da şagirdlərin, tələbələrin, müəllimlərin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər təşkil edir.
Görüşdən məmnun olduğunu dilə gətirən icra başçısı Niyazi Bayramov ölkəmizdə, o cümlədən Mingəçevirdə təhsilə göstərilən qayğıdan söz açıb.
Qeyd edək ki, görüşdə Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz, Araz Kursları Baş İdarəsinin rəisi İrfan Uzundəmir, Mingəçevir Özəl Türk Liseyinin müdiri Elxan Əliyev, Mingəçevir Araz Kursunun müdiri Tərlan Rəcəbov da iştirak ediblər. Əsgər Hüseynov/Mingəçevir
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43584

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF