Gəncədə son zəng sevinci

Gəncədə ulu öndər Heydər Əliyevin 89-cu ildönümü və 28 may - Respublika Günü ilə bağlı tədbirlər geniş qeyd olunub. Bu tədbirlər çərçivəsində Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin məzunları son zəng sevincini də yaşayıblar. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Haluk Ağca, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz, həmçinin elm və iş adamları da iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başlanıb. Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev ümummilli lider Heydər Əliyevin təhsilimizə verdiyi önəmdən ətraflı söz açıb. O, ölkə başçısı İlham Əliyevin də bu sahəni həmiş diqqət mərkəzində saxladığını bildirib. Onun sözlərinə görə, təkcə bu il Gəncədə 22 məktəb binası əsaslı təmir olunur, maddi-texniki bazaları gücləndirilir. İcra başçısı 20 il öncə  ölkəmizdə fəaliyyət başlamış “Çağ”ın fəaliyyətini də yüksək dəyərləndirib.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən ilk türk liseyinin Heydər Əliyevin xeyir-duası ilə Naxçıvanda fəaliyyətə başladığını bildirib. Daha sonra bu tipli liseylərin ölkəmizin digər regionlarında təşkil olunduğunu bildirən Ənvər bəy bu gün həmin məktəblərin məzunlarının sorağının dünyanın müxtəlif ölkələrindən gəldiyini bildirib. Onun sözlərinə görə, onlar diasporumuzun fəaliyyətinə da öz töhfələrini verirlər.
Turkiyənin Gəncədəki Baş konsulu Haluk Ağca Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin fəaliyyətindən məmnun olduğunu bildirməklə yanaşı, məzunlara uğurlar da diləyib.
Tədbir çərçivəsində beynəlxalq bilik yarışlarında fərqlənmiş şagirdlərə mükafatlar da təqdim olunub. Tədbir vətənpərvərlik mövzusunda hazırlanan maraqlı ifalarla davam etdirilib. 
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43697

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır