Gəncədəki Azərbaycan-türk liseyində “Çağ Öyrətim” İşlətmələri Şirkətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Gəncə, 29 may (AzərTAc).Gəncədəki Azərbaycan-türk özəl liseyində “Çağ Öyrətim” İşlətmələri Şirkətinin yaradılmasının 20 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə şirkətin 20 illik fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilmişdir.
Sonra “Çağ Öyrətim” İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən çıxış edərək ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan şirkətin ötən dövr ərzində qazandığı uğurlardan danışmış və qeyd etmişdir ki, azərbaycanlı gənclərə keyfiyyətli təhsil vermək, onları əsl vətənpərvər kimi yetişdirmək üçün bütün imkanlardan istifadə edilmişdir. Məhz bunun nəticəsidir ki, 20 ildə liseylərin məzunları beynəlxalq müsabiqələrdən və yarışlardan 98-i qızıl medal olmaqla 500-ə yaxın medal gətirmişlər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyənin Gəncədəki baş konsulu Haluk Ağca və başqaları çıxış edərək görülən işlərə münasibətlərini bildirmiş və “Çağ Öyrətim” İşlətmələri Şirkətinə bundan sonrakı fəaliyyətində də uğurlar arzulamışlar.
Tədbirdə liseyin müxtəlif müsabiqələrdə, layihə yarışlarında, idman turnirlərində fərqlənən şagirdlərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Rəsmi hissədən sonra lisey şagirdlərinin iştirakı ilə konsert olmuşdur.
http://azertag.com/node/961000

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır