Məhdumqulu Bakıda anıldı

Qafqaz Universitetində Türkmənistan-Azərbaycan əlaqələri mövzusunda tədbir keçirilib
Türkmənistanın Azərbaycandakı səfirliyi və Qafqaz Universitetinin təşkilatçılığı ilə bu universitetdə böyük türkmən şairi və mütəfəkkiri Məhdumqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
"İnkişaf, birlik və Məhdumqulu Fəraqinin şeir günləri" mövzusunda keçirilən tədbirdə Qafqaz Universitetinin rektoru Əhməd Saniç Azərbaycan, Türkiyə və Türkmənistanın tarixi birliyindən danışıb.
Türkmənistanın Bakıdakı səfiri Toyli Komekov isə ölkəsi ilə Azərbaycan arasında ədəbi əlaqələrdən bəhs edib.
Tədbirdə Məhdumqulu Fəraqinin ömür yolundan, zəngin ədəbi yaradıcılığından da söhbət açılıb. Qeyd olunub ki, böyük şair misilsiz söz ustası, sufi-ozan olmaqla yanaşı, müdrik filosof, ağıllı məsləhətçi, daim vətənpərvərliyin, xeyirxahlığın carçısı olub.
http://www.ekspress.az/2012/05/26/get=68095

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır