Qafqaz Universiteti qızıl mükafata layiq görülmüşdür.

“Veteninfo.az”ın verdiyi xəbərə görə, Qafqaz Universiteti 29-30 aprel tarixlərində Almaniyanın Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə 38-ci B.I.D. Beynəlxalq Konvensiyasında “International Arch of Europe” nominasiyası üzrə qızıl mükafata layiq görülmüşdür. Konvensiyada universitetin biznes dünyası ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi fəaliyyət “International Arch of Europe”-un əsasnaməsi və QC100 – Keyfiyyətin Ümumi İdarəedilməsi Modelinin meyarları əsasında yüksək qiymətləndirilmişdir. Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç iştirak etmişdir. Tədbir “İmarPress”-ə daxil olan 26 media şirkəti tərəfindən işıqlandırılmışdır.
B.I.D. təşkilatı hal-hazırda dünyada Keyfiyyət Mükafatı təqdim edən ən önəmli özəl şirkətlərdən biridir. Şirkətin əsas keyfiyyət prinsipləri Yaponiyadakı “Deming”, Amerikadakı “Baldrige” və Avropadakı EFQM təşkilatları kimi güclü təməl üzərinə qurulmuşdur. B.I.D. şirkətinin strukturu biznes informasiya sahəsində ekspert kimi fəaliyyət göstərən beynəlxalq mühəndis, riyaziyyatçı, iqtisadçı, fizik, jurnalist, psixoloq, dizayner, memar, və s. kimi mütəxəssislərdən ibarətdir. Bu mütəxəssislər daimi olaraq dövlət və özəl sektorlarının informasiya mənbələrindən, mediadan, nəşrlərdən, reklamlardan, konsultasiya şirkətlərindən, yarmarkalar və sərgilərdən müxtəlif şirkətlər haqda informasiya toplayır və tədqiq edir.
B.I.D. təşkilatı davamlı olaraq keyfiyyət və idarəetmə sahəsində lider sayılan və seçilmiş şirkətlərə səs verən korporasiyalar arasında fasiləsiz sorğu həyata keçirir. Qafqaz Universitetinə təqdim edilən beynəlxalq B.I.D. mükafatları QC100 TQM (Keyfiyyətin Ümumi İdarəedilməsi) kriteriyaları əsasında təqdim edilir, hansıki bu meyarlar biznes sahibkarlarının və şirkətlərin proses, servis və təşkilati sistemlərinin inkişaf etdirmə qaydaları kimi xarakterizə edilə bilər.  QC100 Keyfiyyətin Ümumi İdarəedilməsi modelinin uğurlu həyata keçirilməsi üçün əsas addımlar: təşkilat olaraq keyfiyyəti hədəf götürmə, müştəri məmnuniyyəti, təşkilati sistem səmərəliliyi, innovasiya, texnoloji yenilik, cəmiyyətdə liderlik, kommunikasiya strategiyaları, ISO 9000, insan qaynaqları, daimi təlim və təhsil faktorları kimi vurğulana bilər.
 “Business Initiative Directions” (B.I.D.) iş dünyasında keyfiyyət baxımından yüksək göstəricilərə malik şirkətləri mükafatlandıran nüfuzlu qeyri-hokumət təşkilatıdır və son 26 ildə müxtəlif nominasiyalar üzrə 117 ölkənin qabaqcıl şirkətlərini mükafatlandırmışdır. Bu şirkətlər ötən il müxtəlif vaxtlarda Paris, London, Madrid, Cenevrə, Frankfurt və Nyu-Yorkda “B.I.D. Ümumdünya Konqresi” adı altında bir araya gəlmişdir. Həmin görüşlərdə iştirak edənlər yeni mükafat veriləcək şirkətləri təklif etmişdirlər. Namizədlər 21 adda müxtəlif keyfiyyət göstəriciləri (idarəetmə, tədqiqat və inkişaf, innovasiya, davamlı təhsil və s.) əsasında incələnmişdir. Beynəlxalq Seçki Komitəsi bu göstəricilərdən azı 5-i üzrə yüksək dəyər qazanan namizədləri qalib elan etmişdir.
“International Arch of Europe Award” mükafatı üçün namizədlərin seçilməsi şirkətin Seçki Komitəsi tərəfindən səsvermə yolu ilə həyata keçirilir. Yeni şirkətlərin namizədliyi bir öncəki illərdə təltif olunmuş qaliblərin təklif etdiyi təşkilatların qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Səsvermə prosedurunda konfidensiallığa ciddi nəzarət edilir. Belə ki, namizədliyi irəli sürülən şirkətlərin adı və səsvermə nəticələri gizli saxlanılır. Səsvermədə əsasən əvvəlki illərdə təltif edilən şirkətlərin prezidentləri iştirak edir.
İRADƏ

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF