Qafqaz Universitetində “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovla görüş olmuşdur

Bakı, 24 may (AzərTAc). Qafqaz Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovla görüş olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Əhməd Saniç igid Vətən övladları ilə keçirilən görüşlərin əhəmiyyətindən danışmışdır.
Kəşfiyyat dəstəsinin keçmiş komandiri İbad Hüseynov “Biz Heydər Əliyevin əsgərləriyik” mövzusunda məruzə etmişdir. Məruzəçi ulu öndər Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu vurğulamış, gəncləri vətənpərvərliyə, qəhrəmanlığa çağırmışdır.
Sonda erməni qəsbkarlarına və terrorçularına qarşı mübarizədə xüsusi igidliklər göstərmiş İbad Hüseynovun həyatından və döyüş yolundan bəhs edən “Əsgər” sənədli filmi nümayiş etdirilmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF