5 Mayıs 2012 Cumartesi

Uğurlarımız təsadüfi deyil


  Ali məktəblərə qəbul olmaq üçün abituriyentlərə orta məktəbdə əldə etdikləri bilik və bacarıqlarını xüsusi hazırlıqla yenidən möhkəmləndirmək və artırmaq lazım gəlir. Bunun üçün onlar daha çox hazırlıq kurslarına müraciət edirlər.Bu sahədə ölkədə abituriyentlərin ən çox üz tutduqları yer “Araz” kurslarıdır. Respublikamızdakı 13 kursdan biri də Qax şəhərində fəaliyyət göstərir. Kursumuzda Qax ilə yanaşı, Şəki, Balakən, Oğuz və digər rayonlardan gələn abituriyentlər də təhsil alırlar. 2010-2011-ci tədris ilində Qax “Araz” kurslarından ali məktəblərə qəbul olan abituriyentlərin 16 nəfəri 600-dən yuxarı bal toplamışdır. Müəssisəmizin qazandığı uğurlar burada çalışan peşəkar müəllimlərimizin fədakar əməyinin nəticəsidir. 2003-cü ildən bəri hər il  qəbul imtahanlarında Qax birinciləri çıxaran kursumuzun əsas məqsədi respublika birincisi, Prezident təqaüdçüləri yetişdirməkdir. Bu 8 il ərzində 93 nəfər 600-dən yuxarı bal toplamış, 19 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.
Bilik və bacarıqlarını artırmaq istəyən hər bir 8, 9 və 10-cu sinif şagirdi kursumuzun təşkil etdiyi qəbul imtahanlarında iştirak etməklə və lazım olan balı toplamaqla bizdə oxumaq arzusunu reallaşdıra bilər. Kursa qəbul imtahanlarında hər sinifdən və qrupdan ilk yerləri tutanlara kursda oxuyacağı təqdirdə təhsil haqqından bir sıra güzəştlər olunur.
Növbəti dərs ili üçün keçirilən qəbul imtahanlarının nəticələrinə dair yüksək bal toplayan şagirdlərin mükafatlandırma mərasimi keçirilib. Bu tədbirdə 8, 9 və 10-cu siniflərin hər qrupu üzrə 10 şagird olmaqla, cəmi 120 şagird sertifikatlarla mükafatlandırılıb. Bu şagirdlər həm də kursumuzda güzəştli təhsil almaq hüququ qazanmış şagirdlərdir.
Dinləyicilərimizə qəbul imtahanlarında uğurlar arzulayırıq!
Həsən Həsənov
Qax “Araz” kurslarinin müdırı
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43391