V Respublika Məktəblərarası İnformatika Layihə Olimpiadası keçirildi

Bakı Özəl Türk Liseyində V Respublika Məktəblərarası İnformatika Layihə Olimpiadası keçirilib. Şagirdlərin müasir kompyuter texnologiyaları sahəsində respublikanın ən bacarıqlı məktəblilərini bir araya gətirərək onların kompyuter biliklərini artırmaqda kömək etmək, maarifləndirmək, bundan yaxşı məqsədlər üçün istifadə etməyi təşviq etmək olan olimpiadada, Azərbaycan-Türkiyə Özəl Liseyləri ilə bərabər respublikanın bir çox şəhər və rayonlarından orta ümumtəhsil məktəblərinin şagirdləri də biliklərini sınayıb. Olimpiadada 100-dən artıq məktəbli 43 layihə ilə iştirak ediblər. Məktəblilər burada 3 kateqoriya - “Veb səhifəsi”, “Animasiya” və “Qısa film” hazırlamaq bacarıqlarını nümayiş etdiriblər. Olimpiadada iştirak edən şagirdlərdən  “Veb səhifəsi” hazırlamaq layihəsi üzrə Sumqayıt şəhəri 39 saylı orta məktəbin şagirdi Əlabbas Qurbanov (“İT Education “), “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri Aytac Abbaszadə və Turac Abbaszadə (“Heyvanlar aləmi”), “Animasiya” layihəsi üzrə Bakı Özəl Türk Liseyinin şagirdi Turqay Hüseynov (“Şagird məlumatlandırma”), Şirvan Özəl Türk Liseyinin şagirdi Murad İbrahimzadə (“Mən azərbaycanı sevirəm”), “Qısa film” layihəsi üzrə “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının 6a şagirdləri (“Çətin seçim”), Bakı Özəl Türk Liseyinin şagirdi Rüfət Əlizadə (“Starwars”) 1-ci yerə, “Veb səhifəsi” layihəsi üzrə “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri Leyla Cəfərli, Gültəkin Qaradağlı (“Azərbaycanın dünəni, bugünü, sabahı”), Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən akademik Əhməd Mahmudov adına Şərur Türk Liseyinin şagirdi İsmayıl Aras (“CəlilMəmmədquluzadə”), “Animasiya” layihəsi üzrə Xəzər Universitetinin Dünya məktəbinin şagirdləri İnci Məmmədli, Nigar Həsənzadə (“Aslan, qurd və tülkü”), “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri Kübra Vəliyeva, Halimenur Atmaca (Xeyir və şər), “Qısa film” layihəsi üzrə Bakı şəhəri 264 saylı orta məktəbin şagirdləri Sənan Hacılı, Əziz Hüseynov (“İnternetmania”), Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Fərid Çələbi (“Yaxşi və pis”) 2- ci yerə, “Veb səhifəsi” layihəsi üzrə Ağdaş Özəl Türk Liseyinin şagirdi Firudin Davudzadə (“Online imtahan”), Bakı Özəl Türk Liseyinin şagirdləri Hüseyn Yusifli, Elçin Tarquliyev (“Elektron kitabxana”), Naxçıvan Türk  Liseyinin şagirdləri Musatafa Qasımzadə, Ceyhun Novruzov (“Hüseyn Cavid”), “Animasiya” layihəsi üzrə Sumqayıt Özəl Türk Liseyinin şagirdi Nizami Eminov (“Eminov fantasy”), LənkəranÖzəl Türk Liseyinin şagirdləri Sabir Nəsrullayev, Famil Səmədli (“Ana sevgisi”), Mingəçevir şəhər 3 saylı orta məktəbin şagirdi Aysel Mustafayeva (“Qırmızı papaq”), “Qısa film” layihəsi üzrə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Gülağa Gözəlov (“Danışan lallar”), Mingəçevir şəhər 3 saylı orta məktəbin şagirdi Adalət Mustafayeva (“Məktəb illəri - yaxşı və pis anlar”),  “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri Tutu Balayeva, Leyla Ağaquliyeva (“Carolines adventure”) isə 3-cü yerə layiq görülüblər.
Sonda olimpiada da 1, 2 və 3-cü yerləri tutan şagirdlər mükafatlandırılıblar. Tədbirdə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəhbərləri Arif Gömleksiz, Mesut Kurnaz və tədris müəssisə rəhbərləri, müəllimlər, eləcə də valideynlər iştirak ediblər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır